Miqrasiya Xidmətində Mediasiya Şurasının rəhbərliyi ilə görüş keçirilib

Miqrasiya Xidmətində Mediasiya Şurasının rəhbərliyi ilə görüş keçirilib
  18 İyun 2022    Oxunub:1290
Dövlət Miqrasiya Xidmətində (DMX) Mediasiya Şurasının rəhbərliyi ilə görüş keçirilib.
DMX-dən AzVision.az -a bildiriblər ki, görüş Xidmətin rəhbər vəzifəli şəxsləri ilə Mediasiya Şurasının rəhbərliyi və üzvləri arasında sektorlararası ictimai iştirakçılığın təmini yolu ilə qarşıda duran məsələlərin müzakirəsi məqsədi daşıyıb. Məlumat verilib ki, Şuranın funksiyalarına əsasən, mübahisənin alternativ həlli üsullarından olan mediasiyanın təşkili “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa əsaslanaraq, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir. Həmçinin DMX tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilib. Bu qəbildən olan görüşlərin mütəmadi təşkilinin təcrübə mübadiləsinin aparılması üçün əlverişli zəmin yaratdığı diqqətə çatdırılıb.

Görüşdə hər iki tərəfi maraqlandıran mövzularda geniş və qarşılıqlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, müvafiq təkliflər səsləndirilib.

AzVision.az



Teqlər: DMX  



Xəbər lenti