Rusiya və Azərbaycan sahibkarları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Rusiya və Azərbaycan sahibkarları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
  18 İyun 2022    Oxunub:1325
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının (KOB Korporasiyası) baş direktoru Aleksandr İsaeviç ilə görüşüb
AzVision.az KOBİA-ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində keçirilən 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, sahibkarlara xidmət sahəsində təcrübə mübadiləsinə və KOB Korporasiyasına təcrübə səfərinə dair fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: Rusiya   Azərbaycan  



Xəbər lenti