Qız üstündə qətl: Qazini öz dostu öldürüb - TƏFƏRRÜAT
AzVision.az Modern.az-a istinadən xəbər verir ki, 25 yaşlı Orxan Əliyevi öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə vaxtilə onun dostu olub.
"Orxanla Teymur möhkəm dost idilər. Marketdə işləyirdilər. Aralarında qıza görə mübahisə olub. Əvvəllər o qızla Teymur sevgili olub, razılığımız olmadığına görə, ayrılmışdılar. Sonra qız Orxanla nişanlandı. Buna baxmayaraq, qız Teymurdan əl çəkmirdi, davamlı mesajlar yazaraq, oğlumdan onu qaçırmasını istəyirdi. Teymur da dostuna nişanlısının ona mesajlar yazdığını deyib və həmin mesajları göstərib".
Mübarək Cəfərzadənin dediyinə görə, hadisədən 10 gün öncə Orxanla Teymur söz-söhbətə son qoyaraq barışıblarmış:
"Orxan nişanı qaytarmaq istəyəndə qız onun iş yerinə gələrək yalvarıb, atası və qardaşından qorxduğunu deyib.
Hadisədən iki gün öncəyə qədər onların arasında heç bir problem olmayıb, Orxan Sumqayıta işləməyə gedəndə qız da onun arxasınca gedib. Orada nə danışıblarsa, yenidən Teymurla aralarında mübahisə düşüb. Oğlumla görüşüblər, sonra bu hadisə baş verib. Teymuru özüm aparıb polisə təslim etdim. Bir qıza görə iki ailə pis vəziyyətə qaldı, çox üzgünəm, kaş belə hadisə olmayaydı".
Hazırda qətllə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


