"Hindistanlı turistin tapılması məlumatı yalandır" - DİN

   "Hindistanlı turistin tapılması məlumatı yalandır" -    DİN
  20 İyun 2022    Oxunub:780
Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin parçalanmış vəziyyətdə tapılması barədə sosial şəbəkələrdə yayılan fotolar həqiqəti əks etdirmir.
Bunu AzVision.az -a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib. O bildirib ki, turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir. Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb. Yayılan fotolar daha əvvəl Gürcüstanda çəkilib".

Qeyd edək ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti