Beş gün döyüş sursatları utilizasiya ediləcək

  Beş gün döyüş sursatları utilizasiya ediləcək
  20 İyun 2022    Oxunub:750
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam edir.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.


AzVision.az






Teqlər: Silah  



Xəbər lenti