"Məqsədimiz işçilərin sosial rifahının təmin olunmasıdır" - Nazir

   "Məqsədimiz işçilərin sosial rifahının təmin olunmasıdır" -    Nazir
  20 İyun 2022    Oxunub:2043
Hal-hazırda, xüsusilə pandemiyadan sonra əmək münasibətlərində ciddi transformasiya baş verib, bir sıra istiqamətlər üzrə yeni çağırışlar ortaya çıxıb.
AzVision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, işəgötürənlə işçi arasında balansı təmin etmək üçün Əmək Məcəlləsinə 174 dəyişiklik hazırlanıb və hökümətə təklif edilib.

“Cari ildə yeni təkliflərin qəbul edilməsinə ümid edirəm. Çalışırıq ki, işə götürənlə işçi arasında düzgün balansı formalaşdıraq. Düşürəm ki, yeni proqramlar çərçivəsində bu uzlaşmanı daha da genişləndirə biləcəyik. Məqsədimiz məhsuldar əməyin artırılması, işçilərin sosial rifahının təmin olunmasıdır”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti