Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur
![Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur](https://azvision.az/photos/2022/06/62b04f4520fb562b04f4520fb6165572179662b04f4520fb362b04f4520fb4-1655722137.jpg)
Şəhərin ən izdihamlı məkanlarından birində - Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim edilir. Milli pavilyonda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda, ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini izləyicilərə çatdırır. Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 27-dək açıq olacaq.
AzVision.az
Teqlər: Venesiya