Y.Hüseynov onu da bildirib ki, ARPAÇAY Karate Klubunun və Bakı İdman Sarayınınidmanımızın inkişafı ilə bağlı möhtəşəm layihələri davam edəcək və yaxın zamanlarda ölkəmizdə ilk dəfə olaraq idman festivali keçiriləcək: “Gənclər və İdman Nazirliyinin,Bakı İdman Sarayının dəstəyi və Arpaçay Karate Klubunun təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Azərbaycanda ilk dəfə olaraq beynəlxalq idman festivalı keçiriləcək. Festivalın 19-23 oktyabr 2022-ci il tarixlərində Bakı İdman Sarayında baş tutacağı gözlənilir.Bütün idman növləri ilə məşğul olan federasiyalar, klublar və idmançılar bu festivalda iştirak edə biləcəklər”.

AzVision.az