Azərbaycanda 59 qadının cəzası təxirə salındı

   Azərbaycanda 59 qadının cəzası təxirə salındı
  21 İyun 2022    Oxunub:1419
Bakı şəhəri üzrə cəzasının çəkilməsi təxirə salınan 59 qadın məhkum var.
AzVision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən bildirilib.
Məlumatda qeyd edilir ki, həmin qadınların barəsində məhkəmə hökmü olsa da, hamilə və ya himayəsində azyaşlı övladları olduğundan cəzalarının çəkilməsi təxirə salınıb.

Himayəsindəki azyaşlı övladları 14 yaşına çatana qədər onlar cəza çəkməkdən azad edilirlər. Əgər həmin müddətə qədər digər cinayət törətməsələr, onlar cəzadan tam azad edilirlər.

AzVision.az



Teqlər:



Xəbər lenti