5 ayda Azərbaycana 469 minə yaxın əcnəbi gəlib
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 505,9 dəfə, Səudiyyə Ərəbistanından - 198,2 dəfə, Küveytdən - 172,8 dəfə, Bəhreyndən - 70,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 69,5 dəfə, Pakistandan - 44,0 dəfə, Hindistandan - 26,5 dəfə, İsraildən - 9,1 dəfə, ABŞ-dan - 6,0 dəfə, Qazaxıstandan - 5,0 dəfə, Almaniyadan - 3,5 dəfə, Fransadan - 3,3 dəfə, Ukraynadan - 2,2 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,1 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 17,7 faiz artıb.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54,0 faizi hava, 44,2 faizi dəmir yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 dəfə artaraq 530,2 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,0 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,5 dəfə artıb. Ölkə vətəndaşlarının 46,8 faizi Türkiyəyə, 15,6 faizi Rusiya Federasiyasına, 13,3 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil edib.
2022-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 55,4 faizi hava, 41,8 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
AzVision.az
Teqlər: Turist







Vaxtında, Aydın, Lazımlı!


