Avropa Rusiya qızılından da imtina edir

 Avropa Rusiya qızılından da imtina edir
  21 İyun 2022    Oxunub:709
X-Factor oyun şousu ilə məşhurlaşan müğənni Tom Mannın nişanlısı Danielle Hampson toy günü gözlənilmədən dünyasını dəyişib.
Avropa İttifaqı Rusiya qızılı ilə bağlı sanksiyalar tətbiq etməyi düşünür. AzVision.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentlik mənbəyə istinadən bildirir ki, Avropa Komissiyası mümkün yeni sanksiyalar paketinə Rusiya qızılının daxil olmasını təmin etməyə çalışır. Sanskiyaların Rusiya qızılının Aİ-yə idxalına və ya Rusiya Federasiyasına metal tədarükünə təsir göstərəcəyi hələlik bəlli deyil.

Reuters qeyd edir ki, 23-24 iyunda Madriddə keçiriləcək Aİ dövlət başçılarının sammiti çərçivəsində bu həftə sanksiyalar üzərində işin davam etdirilməsi gözlənilir.

AzVision.az



Teqlər:



Xəbər lenti