Əsir düşən muzdlu amerikalılara ölüm hökmü verilə bilər - Kreml

 Əsir düşən muzdlu amerikalılara ölüm hökmü verilə bilər -  Kreml
  21 İyun 2022    Oxunub:694
Donbassda əsir düşən amerikalılar muzdluluqda ittiham olunur və Cenevrə Konvensiyası onlara şamil edilmir.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, əsir götürülən muzdlu amerikalıların əməlləri araşdırılmalı və onlar ədalət qarşısında cavab verməlidirlər. Bununla belə, o, ölüm hökmü ilə bağlı məhkəmə qərarının ola biləcəyini istisna etməyib:

"Biz heç nəyi istisna edə bilmərik, çünki bu, məhkəmə qərarıdır. Biz onları heç vaxt şərh etmirik və daha da üstəlik, məhkəmə qərarlarına müdaxilə etmək hüququmuz yoxdur", - Peskov Donbassda əsir götürülən ABŞ vətəndaşlarının ola biləcəyi məsələsini şərh edərkən deyib.




Teqlər: İlham-Əliyev  





Xəbər lenti