Vanetsyan mandatından imtina etdi
"Bir çoxlarınız üçün mənim qərarım təəccüblü olmadı. Mən bir neçə dəfə açıq şəkildə bəyan etmişəm ki, artıq özümü bu parlamentdə görmürəm. Səbəb aydındır: Ermənistan vətəndaşları bizə bu hakimiyyətin dağıdıcı fəaliyyətini dayandırmaq və ölkəni böhrandan çıxarmaq hüququ verib. Lakin indiki parlament, fikrimcə, bu məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb”, - Vanetsyan sosial şəbəkədə yaydığı bəyanatında yazıb.
O qeyd edib ki, “Vətən” partiyasının şurası fəaliyyətini Ermənistan parlamentinin divarlarından kənarda davam etdirmək qərarına gəlib. Faktiki olaraq “Vətən” partiyası Ermənistan Respublika Partiyasının da daxil olduğu “Şərəfim var” blokuna üzvlüyünə də xitam verir.
Vanetsyan müxalif fraksiyaların bütün deputatlarına əməkdaşlığa və birgə keçdikləri yola görə təşəkkür edib.
Eyni zamanda o vurğulayıb ki, həmkarları parlamentdə qala bilərlər və onun qərarı heç bir halda onları mandatlarını tərk etməyə məcbur etmir.
Qeyd edək ki, müxalifətin aparıcı fiqurlarından sayılan Vanetsyan iqtidarla yanaşı Azərbayacana qarşı da daim radikal və separatçı açıqlamaları ilə seçilib.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


