Azərbaycanlı hərbi pilotlar Türkiyə səmasında - VİDEO

   Azərbaycanlı hərbi pilotlar Türkiyə səmasında -    VİDEO
  21 İyun 2022    Oxunub:1046
Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir. Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub.


Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər. Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Qeyd edək ki, beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək davam edəcək.

AzVision.az


Teqlər: Anadolu  



Xəbər lenti