Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinə verilən əlavə kəsilib?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bu ilin mart ayından başlayaraq ölkədə koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə edilib:
“Bu baxımdan tibb müəssisələrində də virusa yoluxmuş xəstələrin sayında mart ayı üzrə azalma qeyd edildiyindən bu istiqamət üzrə tibbi xidmət göstərmiş tibb işçilərinin iş saatları xəstə sayına görə tənzimlənib.
Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə mart ayı üzrə ödənilmiş müddətli əlavələr yuxarıda qeyd edilən iş saatlarına mütənasib olaraq həyata keçirilib”.
AzVision.az
Teqlər: infeksiya







Vaxtında, Aydın, Lazımlı!


