“Omikron”un iki variantı sürətlə yayılır

“Omikron”un iki variantı sürətlə yayılır
  21 İyun 2022    Oxunub:885
Çexiyada koronavirusa yoluxanların sayı artır.
AzVision.az xəbər verir ki, yoluxmaların sayının yarıdan çoxu “omikron”un “BA.4” və “BA.5” şərti kodunu almış variantlarına aid edilir. Bu, son həftə ərzində statistikanın təhlili ilə təsdiqlənib. Son günlər gündəlik 420 yoluxma qeydə alınıb ki, bu da az rəqəm hesab olunmur. Görünür, üç həftə bundan əvvəl başlanan yeni yoluxmaların sayının artımı davam edəcək.

Vəziyyəti o fakt ağırlaşdırır ki, “omikron”un yeni variantları anticisimlərdən yan keçməyi “öyrəniblər”. Ekspertlər xəbərdarlıq edirlər ki, insanın immuniteti xəstəlikdən sonra koronavirus əleyhinə etibarlı müdafiə rolunu oynaya bilməz. Bu isə o deməkdir ki, epidemioloqların əvvəldən gözlədiklərindən daha tez başlaya biləcək yeni dalğanın yayılması daha sürətlə baş verə bilər.

AzVision.az



Teqlər:



Xəbər lenti