Kürdə suyun səviyyəsi 21 santimetr azalıb
Məntəqədə orta su sərfi iyunun 20-də saniyədə 250 kubmetr, maksimal su sərfi iyunun 20-si saat 08:00-da 255 kubmetr/saniyə təşkil edib.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 172 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 104 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 244 faiz çoxdur.
Məntəqədə orta su sərfi iyunun 20-də saniyədə 186 kubmetr, maksimal su sərfi iyunun 20-si 08:00-da 187 kubmetr/saniyə təşkil edib.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 7 santimetr azalaraq 388 santimetr, su sərfi isə 144 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 20-də 150 kubmetr/saniyə, maksimal su sərfi isə iyunun 20-si saat 08:00-da saniyədə 151 kubmetr təşkil edib.
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 197 santimetr olub. Məntəqədə orta səviyyə iyunun 20-də 194, maksimal səviyyə isə iyunun 20-si saat 20:00-da 195 santimetr təşkil edib.
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 8 santimetr azalaraq 108 santimetr, su sərfi 37,9 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 20-də saniyədə 42 kubmetr, maksimal su sərfi isə iyunun 20-si 08:00-da 43,7 kubmetr/saniyə təşkil edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


