“Yerli sakinlər tərəfindən 2 gün əvvəl məişət tullantıları ilə çirkəndirilən memarlıq abidəmiz. Məişət tullantılarını o hamama düşmənlər atmayıb. Ətrafda yaşayan sakinlər atıb. Bu gün Dövlət Xidmətinin abidə mühafizəçiləri ilə yerli icra hakimiyyəti orqanının əməkdaşları ərazini tullantılardan növbəti dəfə təmizləyiblər”.
N.Allahyarova vurğulayıb ki, abidəni qorumaq borcumuzdur:
“Təkcə aidiyyəti qurumun borcu deyil, hər bir vətəndaşın borcudur. Sual oluna bilər ki, niyə nəzarət edilmir?! Nəzarət edilir. Abidə mühafizəçisi hər abidənin yanında 7/24 xidmət göstərmir”.
“Ölkədə yerli əhəmiyyət kəsb edən bütün abidələrin ətrafı hasara alına, yanına da öz daxili məzuliyyətsizliyimizdən müdafiə üçün əməkdaş cəlb edilə bilməz. Dünyanın heç bir ölkəsində bütün abidələrə mühafizə xidməti ayrılmır. İctimai qınaq lazımdır! Sadəcə ayıb olsun!”, - deyə N.Allahyarova qeyd edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


