Rusiyada qırıcı qəzaya uğradı: Pilot ölüb

 Rusiyada qırıcı qəzaya uğradı:  Pilot ölüb
  21 İyun 2022    Oxunub:1020
Rusiyaya məxsus Su-25 təyyarəsi Rostov vilayətində qəzaya uğrayıb. AzVision.azxəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna ilə sərhəddə rus təyyarəsi qəzaya uğrayıb
Bildirilir ki, hadisə planlaşdırılmış təlim uçuşu zamanı baş verib. Pilot dünyasını dəyişib.
Uçuş döyüş sursatı olmadan həyata keçirilibmiş və təyyarə qeyri-yaşayış massivinə düşüb.
İlkin versiyaya görə, hadisəyə texniki nasazlıq səbəb ola bilər.
Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəza   Rusiya   Təyyarə  



Xəbər lenti