Arvadı vaksindən öldüyü üçün 120 min funt sterlinq təzminat alacaq

Arvadı vaksindən öldüyü üçün 120 min funt sterlinq təzminat alacaq
  21 İyun 2022    Oxunub:1167
Böyük Britaniyada maraqlı hadisə yaşanıb. Vikki Spit adlı çəxs nişanlısı, rok musiqiçisi Lord Sionun ölümünə görə 120 min funt-sterlinq təzminat alan ilk Britaniya vətəndaşı olacaq. AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.
Qeyd olunur ki, “AstraZeneca” peyvəndinin ilk dozasını vurdurduqdan sonra 48 yaşlı müğənnidə kəskin başağrıları yaranıb. Sion keçən il mayın 19-da beyin qanamasından dünyasını dəyişib.

Onun ölüm şəhadətnaməsində travmatik beyin zədəsi qeyd edilir və ölüm səbəbi kimi “COVID-19 peyvəndinin ağırlaşmaları” göstərilir.

2021-ci ilin iyun ayında Spit peyvənd fəsadlarına görə təzminat proqramı çərçivəsində kompensasiya üçün müraciət etdi. İndi isə məlum olub ki, o, 120 min funt sterlinq pul təzminatı ala biləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Vaksin   Təzminat  





Xəbər lenti