Malidə bir gündə 130- dan çox şəxs öldürüldü
Yerli təşkilatların məlumatına görə, öldürülənlərin sayı rəsmi elan edilən rəqəmdən dəfələrlə çoxdur. Hökumət qurumları iddia edir ki, mülki əhaliyə qarşı hücumların arxasında “Əl-Qaidə” ilə əlaqəsi olan islamçı qruplar dayanır.
Qeyd edək ki, Malidə Fransa və Avropa İttifaqı ölkələrindən olan hərbi kontinqent mütəmadi olaraq ekstremist qruplaşmalara qarşı xüsusi əməliyyat keçirib.
Lakin bir ilə yaxındır ki, Fransa və Aİ yeni hakimiyyət orqanları ilə münasibətlərin pisləşməsi səbəbindən Malidə keçirilən xüsusi hərbi əməliyyatları dayandırıb.
AzVision.az
Teqlər: Mali







Vaxtında, Aydın, Lazımlı!


