Rusiyanın daha 1,7 milyard avroluq aktivləri donduruldu

Rusiyanın daha 1,7 milyard avroluq aktivləri donduruldu
  22 İyun 2022    Oxunub:1243
Rusiyanın İrlandiyadakı dondurulmuş aktivlərinin ümumi məbləği 1,72 milyard avro olaraq qiymətləndirilir
Bu barədə “The Irish Times” qəzeti məlumat yayıb. Bildirilir ki, dondurulmuş aktivlərin böyük hissəsi Rusiyadan sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərlə əlaqəli müxtəlif fond və şirkətlərin payına düşür.

Həmçinin qəzet yazır ki, aprel ayında Avropa İttifaqının sanksiyaları altında İrlandiyada dondurulan Rusiya aktivlərinin həcmi 840 milyon avro təşkil edib.

AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti