Qarabağda nadir heyvan növlərinin qorunması üçün göstəriş verilib
O bildirib ki, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir: "Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır".
"O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - E.Hacıyev vurğulayıb.
Qeyd edək ki, sosial şəbəkədə Kəlbəcər rayonu ərazisində yerli sakinlərin cüyür balasını tapması ilə bağlı videogörüntülər yayılmışdı.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


