Britaniya Rusiya nümayəndə heyətinə viza vermədi

   Britaniya Rusiya nümayəndə heyətinə viza vermədi
  22 İyun 2022    Oxunub:858
Böyük Britaniya hökuməti ATƏT Parlament Assambleyasının (PA) iyulun 2-dən 6-dək Birmingemdə keçiriləcək illik sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Məclisinin Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov məlumat verib.

O qeyd edib ki, Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasından kənarlaşdırılması məsələsi növbəti sessiyada qaldırıla bilər.

"ATƏT PA-dakı ayrı-ayrı nümayəndə heyətlərinin Rusiyaya qarşı aqressiv ritorikasına, eləcə də Birmingemdə keçiriləcək 29-cu sessiyada baxılmaq üçün təqdim edilmiş qətnamə layihələrinə əsasən, iclasda Rusiya Federasiyasının assambleyadan çıxarılması məsələsinin gündəmə gətirilməsi ehtimalı var".

AzVision.az



Teqlər:



Xəbər lenti