Rusiya Ukraynadan taxıl ixracını asanlaşdırmağa hazırdır - Zaxarova

   Rusiya Ukraynadan taxıl ixracını asanlaşdırmağa hazırdır -    Zaxarova
  22 İyun 2022    Oxunub:1612
"Rusiya Ukraynadan taxılın təhlükəsizlik şərtlərinə uyğun olaraq xarici gəmilər tərəfindən ixracını asanlaşdırmağa hazır olduğunu təsdiqləyir". AzVision.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxrova deyib.
O bildirib ki, Rusiya taxıl, gübrə və enerji daşıyıcılarının ixracı üzrə öhdəliklərini yerinə yetirməyə davam etməyə hazırdır.

"“Öz növbəmizdə biz taxıl, gübrə, enerji və digər vacib məhsulların ixracı üzrə öhdəliklərimizi yerinə yetirməyə davam etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik".

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bəzi qərblilər Rusiyanı qlobal ərzaq böhranına səbəb olmaqda ittiham edirlər. Lakin bu cür iddialar mahiyyət etibarilə yalandır, forma və məzmun baxımından həqiqətə uyğun deyil.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti