Rusiya hərbçiləri ukraynalı fotojurnalisti meşədə öldürdülər

   Rusiya hərbçiləri ukraynalı fotojurnalisti  meşədə öldürdülər
  22 İyun 2022    Oxunub:1055
Ukraynalı fotojurnalist Maksim Levin və onun dostu, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Aleksey Çernışov mart ayında Kiyev yaxınlığındakı meşədə rus hərbçiləri tərəfindən soyuqqanlılıqla edam edilib.
Bu qənaətə “Sərhədsiz Reportyorlar” təşkilatı jurnalistin ölüm şəraitini, o cümlədən cinayət yerindən tapılan sübutları hərtərəfli öyrəndikdən sonra gəlib. Təşkilatın fikrincə, o, öldürülməzdən əvvəl işgəncə ilə dindirilə bilər.

Şahanə Rəhmli
AzVision.az


Teqlər:



Xəbər lenti