Azərbaycan və İran birgə kino və cizgi filmləri çəkə bilər

Azərbaycan və İran birgə kino və cizgi filmləri çəkə bilər
  22 İyun 2022    Oxunub:1816
Azərbaycan və İran birgə kino və cizgi filmləri çəkə bilər.
Bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin nəzdində fəaliyyət göstərən İran Kino və Audiovizual İşləri Təşkilatının rəhbərliyi ilə görüşündə qeyd olunub.

Görüşdə həmçinin İranın kino sahəsində geniş təcrübəyə malik olduğu, bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağını bildirilib. Bu kontekstdə müştərək kino festivallarının, qarşılıqlı kino həftələrinin təşkilinin əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

Eyni zamanda, kino sahəsində mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub. A.Kərimov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sənədli filmlərin çəkilməsinin əhəmiyyətinə İran tərəfinin diqqətini çəkib.

Görüşdə həmçinin birgə bədii, sənədli filmlərin, qısametrajlı, eləcə də cizgi filmlərinin çəkilməsi üçün mövcud imkanların istifadə edilməsinin vacibliyi qeyd olunub. Sonda kino muzeyi ilə tanışlıq baş tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti