Qarabağda elektrik doldurma məntəqələri quraşdırılacaq

   Qarabağda elektrik doldurma məntəqələri quraşdırılacaq
  22 İyun 2022    Oxunub:773
Azad edilmiş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq.
AzVision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi “Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC ilə birlikdə 2022-2026-cı illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti