Məişət zorakılığına məruz qalanların sosial reabilitasiyası başa çatıb

Məişət zorakılığına məruz qalanların sosial reabilitasiyası başa çatıb
  22 İyun 2022    Oxunub:334
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə 88 nəfər məişət zorakılığına məruz qalan şəxs qəbul edilib.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, onlardan 60 nəfərin sosial reabilitasiyası uğurla başa çatıb və cəmiyyətə reinteqrasiya olunub.

Qeyd edək ki, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi ötən ilin avqustun 1-dən fəaliyyətə başlayıb. Agentliyin “Qayğı” Çağrı Mərkəzinin (116 123) ikinci xətti fasiləsiz olaraq məhz məişət zorakılığına məruz qalmış şəxslərə dəstək məqsədilə fəaliyyət göstərir.



AzVision.az

Teqlər:







Xəbər lenti