Gündə 1 dilimdən çox qarpız yeməyin!

   Gündə 1 dilimdən çox qarpız yeməyin!
  22 İyun 2022    Oxunub:1190

Qidalanma və pəhriz mütəxəssisi Rabia Özaslan yay mövsümündə meyvə istifadəsi ilə bağlı bəzi tövsiyələr verib.
Özaslan yay meyvələri və ya dondurmaların miqdarına fikir verilməsinin vacib olduğunu söyləyib:
"Qidalanma hər fəsildə olduğu kimi yayda da müxtəliflik və fərqlilik göstərməyə başlayır. Balanssız qidalanma nəticəsində kökələ və ya arıqlaya bilərik. Təravətləndirici və şirin olduğu üçün tez-tez yediyimiz meyvə və dondurmanın miqdarına fikir verməsək, tarazlığı poza bilərik”.

O, yay aylarında sərinləmək üçün ağıla ilk gələn qidaların dondurma və meyvələr olduğunu qeyd edib:

"Dondurma ən çox yeyilən qidalar arasındadır, amma unutmayaq ki, nəticədə bir desertdir. Daha çox qabda və ya boşqabda dondurmaya üstünlük verilməlidir. Açıq dondurmalardan istifadə edək, amma dondurma süd məhsulu olduğu üçün tez xarab olan və ya asanlıqla infeksiya yaya bilən qidalar arasındadır. Ona görə də son dərəcə diqqətli olmalıyıq. Dondurma süd məhsulu olduğu üçün kalsiumla zəngin qidadır. Lakin şirinlik xüsusiyyətinə malik olduğu üçün tez-tez istifadəyə uyğun deyil. Ona görə də şişirtmədən həftədə bir və ya iki dəfə dondurma yeyə bilərsiniz”.

Özaslan yay meyvələrindən də bəhs edərək öz tövsiyələrini verib:

"Yay ayında ən çox yeyilən meyvə qarpızdır. Qarpız şəkəri yüksək olan qidadır. Eyni zamanda tərkibində çoxlu su olduğu üçün də faydalı meyvələr sırasındadır. Lakin bu meyvənin zərələri də az deyil.

1. İshala və həzmlə bağlı digər problemlərə səbəb ola bilər. Qarpızı ifrat dərəcədə yemək həzmlə bağlı problemə səbəb ola bilər.

2. Qlükoza miqdarını artıra bilər. Əgər siz şəkərli diabetdən əziyyət çəkirsinizsə, qarpız yeyən zaman icazə verilən qlükoza normasından artıq qlükoza qəbul etmə riski artır.

3. Bədəni həddən artıq su ilə təmin edə bilər və su intoksikasiyasına səbəb ola bilər. Bu zaman isə orqanizm həddən artıq su qəbul etmiş olur.

4. Ürək-damar sistemi problemlərinə səbəb ola bilər. Məlum olduğu kimi, qarpızın tərkibində kalium bol miqdardadır. Bu maddə ürəyimizin sağlamlığına müsbət təsir edir, sümükləri və əzələləri möhkəmləndirir. Amma həddən artıq kalium ürək-damar sistemi problemləri yarada bilər. Bunlar arasında aritmiya, nəbzin zəifləməsi var”./azxəbər

AzVision.az



Teqlər:





Xəbər lenti