Rusiyaya məxsus PUA qəzaya uğradı

Rusiyaya məxsus PUA qəzaya uğradı
  22 İyun 2022    Oxunub:345
Rusiyaya məxsus olduğu bildirilən Pilotsuz Uçuş Aparatı (PUA) Türkiyənin Gümüşxana şəhəri Kürtün rayonununda qəzaya uğrayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, texnikanı ilk olaraq kəndlilər tapıb və polisə xəbər veriblər.

Hadisə yerinə gələn polis qrupları araşdırmalara başlayıb.

İlkin araşdırmalarda PUA-nın Rusiya istehsalı olan “Orlan-10” olduğu müəyyən edilib. Qanadı təxminən 3 metr olan və düşmə səbəbi hələ məlum olmayan PUA olduğu yerdən götürülərək hərtərəfli araşdırma üçün Ankaraya göndərilib. Aparatın Ukrayna və ya Suriyadan gələn siqnal itkisi nəticəsində yönəldiyi Gümüşxana çölündə qəzaya uğradığı güman edilir.

AzVision.az

Teqlər:







Xəbər lenti