"Cəzasız rus şəri həmişə çoxalır" - Podolyak

  "Cəzasız rus şəri həmişə çoxalır" -    Podolyak
  23 İyun 2022    Oxunub:897
"Rusiya dünya Ukraynadan bezənə qədər gözləmək istəyir. Bununla belə, dünya ictimaiyyətinin Rusiyanın şantajından yorulduğunu göstərmək vaxtıdır".
Bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müşaviri Mixail Podolyak tviter-də yazıb.

O vurğulayıb ki, cəzasız rus şəri həmişə çoxalır.

"Seçkilərə müdaxilə, siyasi sui-qəsdlər və kimyəvi silahla oyunlar şəhərin bombalanmasına, miqrasiya böhranına və aclıq təhlükəsinə çevrilib. Kreml dünya Ukraynadan bezənə qədər gözləmək istəyir. Dünyanın Rusiyanın şantajından bezdiyini göstərmək vaxtıdır”, – Podolyak yazıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti