Çavuşoğludan Ukraynadakı taxılın çıxardılması ilə bağlı AÇIQLAMA

   Çavuşoğludan Ukraynadakı taxılın çıxardılması ilə bağlı    AÇIQLAMA
  23 İyun 2022    Oxunub:317
"Ukrayna limanlarından taxıl ixracı üzrə koordinasiya mərkəzinin işə başlaması üçün Rusiya və Ukraynanın razılığı lazımdır".
Bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Mən Liz Trassa Türkiyənin bu məsələ ilə bağlı tədbirləri haqqında məlumat verdim və biz BMT-nin baş katibi Antonio Quterreş ilə də əlaqə saxlayırıq.

Koordinasiya mərkəzinin işinə başlamaq üçün Rusiya və Ukraynanın razılığı lazımdır. Bütün maraqlanan həmkarlarımıza bütün məlumatları təqdim edirik. Biz bu məsələdə konstruktiv rol oynayırıq və bu problemin tez bir zamanda həlli üçün səy göstəririk”, - Çavuşoğlu bildirib.

Türkiyənin xarici işlər naziri İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında qondarma taxıl dəhlizinin yaradılması ilə bağlı danışıqların gözlənildiyini, lakin onların keçirilmə tarixinin hələlik məlum olmadığını təsdiqləyib.

Bundan əlavə, Çavuşoğlu xatırladıb ki, Rusiya tərəfinin ərzaq, taxıl və gübrə daşıyacaq gəmilərinin sığortası, habelə bank əməliyyatları ilə bağlı gözləntiləri var.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti