Avropa Parlamenti Ukrayna və Moldovaya namizəd statusu verdi

    Avropa Parlamenti Ukrayna və Moldovaya namizəd statusu verdi
  23 İyun 2022    Oxunub:1316
Avropa Parlamenti Ukrayna və Moldova ilə bağlı qətnamə qəbul edib.
Bildirilib ki, qanunverici orqan iki ölkəyə Avropa İttifaqına daxil olması ilə bağlı namizədlik statusunu dəstəkləyib.

“Avropa Parlamentinin birmənalı və güclü mövqeyi. Bu gün Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verməlidir, Gürcüstan üçün də eyni yol açılır. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində liderlik, qətiyyət və uzaqgörənlik nümayiş etdirəcək”, - Avropa Parlamentinin sədri Roberta Metsola özünün “Twitter” hesabında bəyan edib.

Xatırladaq ki, hər iki ölkəyə Aİ-də namizədlik statusunun verilməsi ilə bağlı yekun qərar bu gün Aİ sammitində veriləcək.

AzVision.az


Teqlər: Avropa   Ukrayna  





Xəbər lenti