SEPAH kəşfiyyatına yeni rəhbəri təyin edilib

   SEPAH kəşfiyyatına yeni rəhbəri təyin edilib
  23 İyun 2022    Oxunub:1631
Briqada generalı Məhəmməd Kazemi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatının rəhbəri vəzifəsinə təyin edilib. AzVision.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi nümayəndəsi Ramazan Şərif bildirib.
"SEPAH-ın baş komandanı, general-mayor Hüseyn Səlaminin əmri ilə briqada generalı Məhəmməd Kazemi SEPAH kəşfiyyat təşkilatının rəhbəri təyin edilib", - Şərif bildirib.

Onun sözlərinə görə, Kazemi uzun illər kəşfiyyat sektorunda çalışıb və milli təhlükəsizlik məsələlərində böyük təcrübəyə malikdir.

Eyni zamanda, 12 il ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat təşkilatının rəhbəri vəzifəsində çalışmış Hossein Tayeb SEPAH baş komandanının müşaviri təyin edilib.

Xatırladaq ki, bu il mayın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi polkovnik Sayad Xodai Tehranda öldürülüb. Daha sonra İsrail yüksək rütbəli iranlı zabitin öldürülməsi ilə bağlı ABŞ-ı xəbərdar edib. SEPAH Xodainin qətlini terror hücumu kimi qiymətləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti