Rasim Balayev təşkilatına yeni katib seçdi

   Rasim Balayev təşkilatına    yeni katib seçdi
  23 İyun 2022    Oxunub:1115
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev ittifaqın katibliyinin tərkibini təsdiq edib.
AKİ-dən Modern.az-a bildirilib ki, katibliyin əvvəlki tərkibi saxlanılıb və rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibliyinin tərkib hissəsində isə adları çəkilənlər təsdiqlənib: Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli.

AzVision.az


Teqlər:



Xəbər lenti