Əli Nağıyev BQXK-nın Azərbaycandakı yeni rəhbəri ilə görüşüb
Sonra Dövlət Komissiyasının sədri Əli Nağıyev Arian Bauerə ölkəmizdə çalışdığı dövrdə göstərdiyi ciddi səylərə görə təşəkkürünü bildirərək gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, Draqana Kojiçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Səmimi qəbula görə minnətdarlıq edən Arian Bauer təsisatın Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi dövründə BQXK tərəfindən Qarabağ münaqişəsinin doğurduğu fəsadlardan ziyan görmüş vətəndaşlarımıza göstərilən humanitar yardım, o cümlədən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində reallaşdırılan mühüm layihələr və önəmli tədbirlər barədə məlumat verib.
Öz növbəsində qonaqpərvərliyə və isti qarşılanmaya görə təşəkkürünü çatdıran Draqana Kojiç Azərbaycanla BQXK arasında formalaşmış qarşılıqlı səmərəli əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə ümidvar olduğunu deyib, qarşıda duran vəzifələrin həlli yolunda var-qüvvə ilə çalışacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin digər vacib məqamlar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


