"Rusiya sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır" - Lavrov
Onun sözlərinə görə, o, görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə işçi komissiyanın fəaliyyətindən məmnunluğunu ifadə edib, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi komissiyanın tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.
“Rusiya zəruri məsləhət xidmətləri göstərməyə hazırdır. Dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına da kömək etməyə hazırıq”, - S.Lavrov deyib.
Rusiya XİN başçısı “3+3” regional formatına da sabiq olduqlarını vurğulayıb.
AzVision.az
Teqlər: