Qida məhsullarının tədqiqinə görə xidmət haqqı müəyyənləşəcək

   Qida məhsullarının tədqiqinə görə xidmət haqqı müəyyənləşəcək
  24 İyun 2022    Oxunub:1059
Qida və yem məhsullarının nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği müəyyən ediləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin “Qida təhlükəsizliyi haqqında” qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında fərmanında deyilir:

“Nazirlər Kabineti dörd ay müddətində qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin”.

AzVision.az


Teqlər:





Xəbər lenti