Ukrayna Almaniya ilə müqavilə imzaladı

   Ukrayna Almaniya ilə müqavilə imzaladı
  24 İyun 2022    Oxunub:1482
Ukrayna hökuməti Almaniyanın "Diehl Defence" müdafiə şirkəti ilə hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı müqavilə imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik məlumat verib.

O bildirib ki, IRIS-T SL adlı sistemlərin alınması üçün imzalanan müqavilənin dəyəri 178 milyon avro təşkil edir. Bu vəsait Almaniya hökuməti tərəfindən veriləcək.

Sistemlərin tezliklə Ukraynaya təhvil veriləcəyi bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti