Qaribaşvili istefa versin: Tbilisidə etirazçılar tələblər irəli sürdülər

   Qaribaşvili istefa versin:    Tbilisidə etirazçılar tələblər irəli sürdülər
  25 İyun 2022    Oxunub:1243
Gürcüstanda “Utanc” hərəkatı etiraz aksiyası təşkil edib.
Tbilisinin mərkəzində keçirilən aksiyada etirazçıların əsas tələbi baş nazir İrakli Qaribaşvilinin istefası və Avropa İttifaqının şərtlərini yerinə yetirmək üçün yeni Milli Razılıq hökumətinin təyin edilməsidir, deyə “Utanc” gənclər hərəkatının lideri Şota Diqmelaşvili bildirib.

“Biz Bidzina İvanişvilinin (hakim “Gürcü Arzusu”nun yaradıcısı – red.) hökumətinə istefa vermək üçün bir həftə vaxt veririk”, - Diqmelaşvili deyib.

Xalq Hərəkatının planlarına gəlincə, Diqmelaşvilinin sözlərinə görə, növbəti aksiya iyulun 3-də baş tutacaq və ondan əvvəl paytaxtda və regionlarda əhali ilə görüşlər olacaq.

O əlavə edib ki, tələblər yerinə yetirilmədiyi təqdirdə iyulun 3-də keçiriləcək aksiya müddətsiz olacaq və ona Gürcüstanın regionlarının nümayəndələri də qoşulacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti