Pakistan Çindən 2,3 milyard dollar kredit aldı

   Pakistan Çindən 2,3 milyard dollar kredit aldı
  25 İyun 2022    Oxunub:649
Pakistan Dövlət Bankı cümə günü axşam Çin Banklar Konsorsiumundan 15 milyard yuan (təxminən 2,3 milyard dollar) kredit aldığını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bunu ölkənin maliyyə və gəlirlər naziri Miftah İsmayıl özünün tviter səhifəsində məlumat verib.

“Mən məmnuniyyətlə elan edirəm ki, Çin konsorsiumundan 15 milyard yuan (təxminən 2,3 milyard dollar) məbləğində kredit bu gün (24 iyun - Red) Pakistan Dövlət Bankındakı hesaba köçürülüb və bu, bizim xarici valyutamızı artırıb”, - deyə o yazıb.

Bu həftə Pakistan Çin Bank Konsorsiumu ilə ölkənin valyuta ehtiyatlarını dəstəkləmək və Pakistan rupiyasını sabitləşdirmək üçün kredit ayırmaq üçün müqavilə imzaladığını elan etmişdi.


AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti