Ukraynanın üç vilayətinə 50-yə yaxın raket atıldı

   Ukraynanın üç vilayətinə    50-yə yaxın raket atıldı
  25 İyun 2022    Oxunub:549
Bu gün Ukraynanın iki bölgəsinə 50-yə yaxın raket zərbəsi endirilib. Jitomir vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçko teleqram kanalında verdiyi məlumata görə, iyunun 25-i səhər saatlarında Jitomir vilayəti ərazisinə 30-a yaxın raket zərbəsi endirilib.
Çerniqov vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə isə bu gün səhər saatlarında Kiyev vilayəti ilə sərhəd ərazi olan Desna kəndinə Belarus Respublikası ərazisindən 20 raket atılıb, infrastruktura ciddi ziyan dəyib.

Lvov vilayəti də raket hücumlarına məruz qalıb. Qara dənizdən atılan 6 raketdən ikisi vurulub. Raket zərbələri hərbi obyektə vurulub. Zərbə nəticəsində 4 nəfər xəsarət alıb.

AzVision.az

Teqlər: Raket  







Xəbər lenti