Bakıda avtobusla minik avtomobili toqquşub

Bakıda avtobusla minik avtomobili toqquşub
  25 İyun 2022    Oxunub:956
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub.
Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib. Bildirilib ki, hadisə “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 MJ 279 DQN-lı avtobusun iştirakı ilə qeydə alınıb. Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramovun verdiyi məlumata əsasən, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti