Osloda gecə klubundakı terroru iranlı törədib

   Osloda gecə klubundakı    terroru iranlı törədib
  25 İyun 2022    Oxunub:928
Norveç polisi İranəsilli vətəndaşını Osloda gecə klubunda iki nəfərin ölümünə səbəb olan silahlı insidenti törətməkdə şübhəli bilir.
Bu barədə şəhər polisin sözçüsü Kristian Hatlo mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, şübhəli şəxsin Norveç vətəndaşlığı da var. "O, adam öldürmə, adam öldürməyə cəhd və terror aktı təşkil etməkdə ittiham olunur", -Hatlo bildirib.

O, aydınlaşdırıb ki, bunlar ilkin ittihamlardır və dəyişdirilə bilər. Son məlumatlara görə, atışma nəticəsində 21 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.


AzVision.az



Teqlər:





Xəbər lenti