Özbəkistan prezidentinin səlahiyyətləri 5 ildən 7 ilə qədər uzadıla bilər

   Özbəkistan prezidentinin səlahiyyətləri 5 ildən 7 ilə qədər uzadıla bilər
  25 İyun 2022    Oxunub:1224
“Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsinə Özbəkistan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı bənd daxil edilib.
“90-cı maddənin ikinci hissəsində “beş” sözü “yeddi” sözü ilə əvəz edilsin”,- layihənin mətnində deyilir. Hazırkı konstitusiyanın bu maddəsi çərçivəsində dövlət başçısının ümumi, bərabər və birbaşa seçki hüququ əsasında vətəndaşlar tərəfindən seçilir. Səlahiyyət müddəti, hazırkı redaksiyaya görə, 5 il müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti