Zelenski xeyli sayda səfiri geri çağırdı

Zelenski xeyli sayda səfiri geri çağırdı
  25 İyun 2022    Oxunub:464
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Gürcüstan, Slovakiya, Portuqaliya, İran və Livandakı səfirlərini geri çağırıb.
AzVision.az xəbər verir ki, Ukraynanın dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Sərəncamlara əsasən İqor Dolqov Ukraynanın Gürcüstandakı səfiri, Yuri Muşka Slovakiyadakı, İnna Oqnivets Portuqaliyadakı səfiri vəzifələrindən azad edilib.

V.Zelenski, həmçinin Serhi Burdilyakanı Ukraynanın İrandakı səfiri, İqor Ostaşı isə Livandakı səfir vəzifələrindən geri çağırıb.

Qeyd edək ki, 2017-ci ildə Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko Ukraynanın Avropaya inteqrasiya üzrə müdafiə nazirinin keçmiş müavini İqor Dolqovu Ukraynanın Gürcüstandakı səfiri vəzifəsinə təyin etmişdi. 2016-cı ildə isə P.Poroşenko diplomat Yuri Muşkanı Ukraynanın Slovakiyadakı səfiri, İqor Ostaşı isə Livana səfir təyin etmişdi.

AzVision.az

Teqlər: Səfir   Ukrayna  







Xəbər lenti