Gürcüstanda turistləri daşıyan mikroavtobus qəza törədib

Gürcüstanda turistləri daşıyan mikroavtobus qəza törədib
  25 İyun 2022    Oxunub:433
Gürcüstanın Kaxeti bölgəsində turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, nəqliyyat vasitəsi Bakurtsixe-Tbilisi yolunda minik avtomobili ilə toqquşub.

Nəticədə mikroavtobusda olan 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 9-u xarici turist, biri sürücü, digəri isə bələdçidir.

Yaralılar xəstəxanaya çatdırılıb. İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir.

AzVision.az

Teqlər: Gürcüstan   Qəza  







Xəbər lenti