Taksidə narkotik maddə aşkarlandı

Taksidə narkotik maddə aşkarlandı
  25 İyun 2022    Oxunub:1003
Penitensiar Xidmətin Bakı istintaq təcridxanasının əməliyyat aparatı Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Qeyd olunub ki, Bakı istintaq təcridxanasının qarşısında dayanmış “Toyota Prius” markalı taksi kimi fəaliyət göstərən avtomaşının içərisində olan vətəndaş Məmmədov Pərviz İlham oğlu özünü şübhəli apardığına görə hadisə yerinə Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları dəvət olunub. Həmin şəxsin üzərində və oturduğu avtomaşına baxış keçirilən zaman 4 ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

AzVision.az bu barədə Pentensiar Xidmətə istriadən xəbər verir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Taksi   Narotika  





Xəbər lenti