Rusiya Belarusa “İsgəndər-M” kompleksləri verəcək

 Rusiya Belarusa “İsgəndər-M” kompleksləri verəcək
  25 İyun 2022    Oxunub:1162
Yaxın bir neçə ay ərzində Rusiya “İsgəndər-M” komplekslərini Minskə təhvil verəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

“Razılaşdığımız kimi, siz bu məsələni qaldırdınız, qərar verdik, yaxın bir neçə ay ərzində Belarusa “İsgəndər-M” taktiki raket komplekslərini təhvil verəcəyik. Bildiyiniz kimi, həm ballistik, həm də qanadlı raketlər kimi, üstəlik həm ənənəvi, həm də nüvə versiyalarında istifadə oluna bilər”, - Putin söyləyib.

AzVision.az



Teqlər: Rusiya   Belarus   İskəndər-M  





Xəbər lenti